Naxçıvanda 356 min manata otel satışa çıxarılıb

11:19 - 18.12.2023


18 dekabr, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında mehmanxana satışa çıxarılıb.

ABC.AZ xəbər verir ki, mehmanxana binası Ordubad şəhərində yerləşir.

Obyekt torpaq sahəsi ilə birlikdə 356 min manata satılır.

Qeyd edək ki, sözügedən mehmanxana 1982-ci ildə istifadəyə verilib.