Antalyaya təhlükə yaxınlaşır: meteoroloqlardan xəbərdarlıq

10:23 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. İstanbula yağan güclü yağış və güclü külək Antaliyada təbii fəlakətə gətirib çıxara bilər. Belə bir xəbərdarlıq Türkiyə meteoroloqları tərəfindən verilib.

ABC.AZ xəbər verir ki, Antalya və Muğlada (Bodrum, Dalaman, Fethiye kurortları və s.) gözlənilən təbii fəlakət xəbərdarlığı yaxın günlərdə turistlərin planlarını poza bilər. Meteoroloqlar son bir ayda bölgədə davam edən sərt hava şəraitindən olduqca narahatdırlar. Onların sözlərinə görə, kritik tarixlər 8 və 9 dekabrdır.

Şiddətli yağışların və ara sıra fırtınaların daşqınlara səbəb ola biləcəyi riski yüksəkdir.