Azərbaycanda audit şirkəti hüquqi formasını dəyişir

10:55 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. "Smart Audit" QSC VÖEN: 1400968091) təşkilati-hüquqi formasını dəyişir.

ABC.AZ xəbər verir ki, şirkət QSC-dən MMC-yə çevrildiyini elan edir.

Xatırladaq ki, audit şirkəti 11.09.2006-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 000 manatdır.

Qanuni təmsilçisi Lalə Kazımova Arif qızıdır. Hüquqi ünvanı AZ1065, Bakı Şəhəri Yasamal Rayonu, Cəfər Cabbarlı, ev 609 ünvanında yerləşir.