13:13 - 17.07.2018
17 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.
“Mərkəzi Bank 17 iyul tarixində Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.
İyulun 12-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.