10:45 - 22.11.2023
22 noyabr, Fineko/abc.az. Mərkəzi Bank “Risklərin xarici sığortaçılarda təkrarsığortalanması hədləri və tələblərinin, habelə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair tələblərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.
ABC.AZ xəbər verir ki, Qaydanı Mərkəzi Bankın sədri Taleh Kazımov imzalayıb.
Qeyd edək ki, bu qayda risklərin xarici sığortaçılarda təkrarsığortalanması hədləri və tələblərini, habelə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələbləri müəyyən edir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026