Yığımları 43% azalan sığorta şirkəti

14:59 - 17.11.2023


17 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında "Xalq Sığorta” ASC 17,1 milyon manat sığorta haqqı toplayıb.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,4% azdır.

Son 1 ildə şirkətin sığorta ödənişi isə 8,1% azalaraq 18,1 milyon manat olub.