14:49 - 13.11.2023
13 noyabr, Fineko/abc.az. "Booking” İtaliya hökümətinə yüklü miqdarda pul ödəyib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, söhbət 94 milyon avrodan gedir. Şirkət bunu vergi mübahisəsinə son qoymaq üçün edib.
Yaşayış üçün onlayn rezervasiya xidmətləri göstərən “Booking”, 2013-2021-ci illər arasında ƏDV bəyannamələrini təqdim etmədiyi üçün İtaliya ilə mübahisəsinə son qoymaq üçün 94 milyon avro ödəyib.
Qeyd edək ki, İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Hollandiya mərkəzli “Booking.com” şirkəti, 2013-2021-ci illər üçün ƏDV bəyannamələrinin verilməsi və aktivlərinin müsadirə olunmaması üçün ödəniş həyata keçirib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026