10:31 - 13.07.2018
13 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 3,17 (4,07%) dollar düşüb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 74,75 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 12 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (11 iyul – 70,38 dollar) 0,05 (0,07%) dollar enmiş və bir barelə 70,33 dollar təşkil etmişdir.
“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 12 iyul tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (iyulun 11-də – 73,40 dollar) 1,05 dollar (1,43%) yüksəlmiş və bir barelə 74,45 dollar təşkil edib.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 12 iyul tarixli ticarətin nəticəsində 4,12 dollar / barelə təşkil edir.
30 İyul 2026
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026