11:02 - 30.10.2023
30 oktyabr, Fineko/abc.az. Azərbaycanda 2024-cü ildə ünvanlı sosial yardımın məbləği artırılacaq.
ABC.AZ xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. Rəyə əsasən, ünvanlı sosial yardımın məbləği 270 manat olacaq.
Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 24 manat və yaxud 9.8% çoxdur.
Ünvanlı sosial yardıma paralel olaraq ehtiyac meyarı da eyni məbləğdə artırılaraq 270 manata çatdırılır.