12:24 - 26.10.2023
26 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb.
ABC.AZ "Renkinq” ə istinadla xəbər verir ki, Mərkəzi Bankın hesabatına əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Azərsığorta" ASC-dir.
Bu şirkət 9 ay ərzində 26,678 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur.
Daxilolmaları ən az artan şirkət isə “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 2,126 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,3% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “Xalq Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 43,4% azalaraq 17,094 milyon manat olub.
Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “A-Qrup Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 6,4% azalaraq 12,358 milyon manata düşüb.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026