Azərbaycanda mebel istehsalı artıb, ya azalıb?

11:31 - 19.10.2023


19 oktyabr, Fineko/abc.az.  2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 199,5  milyon manat dəyərində mebel istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə mebel istehsalı 43,1 milyon və ya 27,6% artıb.

2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 156,4 milyon manat təşkil edib.