“Twitter”in maliyyə durumu getdikcə pisləşir - Səbəb

15:17 - 5.10.2023


5 oktyabr, Fineko/abc.az. “Twitter”in maliyyə durumunun ürəkaçan olmadığı üzə çıxıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki,İlon Maskın 44 milyard dollara alaraq rebrendinq etdiyi və adını X adlandırdığı “Twitter”ə ümidlər getdikcə azalmağa doğru gedir.

Platformanın maliyyə durumunun azalmasına səbəb kimi, isə  reklamçıların reklamlarını geri çəkməsi göstərilir.

Belə ki, bir neçə ay əvvəl şirkətin CEO-su olan Linda Yaccarino X üçün resurslar təmin etməyə başlayıb.

“Reuters” isə bu günə qədər paylaşılan bütün məlumatlar əsasında hesablama aparıb. Hesablamaya görə, X-in indiki dəyəri cəmi 8 milyard dollardır.

Bu rəqəm İlon Maskın ödədiyindən xeyli aşağıdır. Bundan əlavə, şirkətin borcunun 13 milyard dollar olduğu artıq məlumdur. Buradan X-in cari dəyərinin İlon Maskın borcundan belə aşağı olduğu qənaətinə gəlirik.