KASKO sığortası üzrə 32,5 mln. manat sığorta haqqı toplanılıb

11:47 - 4.10.2023


4 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin (KASKO) sığortası üzrə 32,5 milyon manat sığorta haqqı toplanılıb. 

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki,  bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 12,1% artaraq 12,1 milyon manat olub.