10:12 - 4.10.2023
4 oktyabr, Fineko/abc.az. Hər ilin yanvar ayında pensiyalardakı artım əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu ilin 7 ayında orta aylıq əməkhaqqı 11,2 fazi artıb.
"Bu səbəbdən gözlənti ondan ibarətdir ki, pensiyalar 11 faiz ətrafında indeksasiya olunaraq artırılacaq. Burada bütün növ əmək pensiyalarının artırılmasında söhbət gedir. Əvvəlki illərdə təxminən 100 minə yaxın vətəndaşımızın əmək pensiyası artırılmırdı. Amma indi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq.
Artım məbləği fərqli olacaq. Artımlar faizlə hesablandığı üçün bu, pensiya məbləğindən asılı olaraq dəyişəcək. Məsələn, 1000 manat pensiya alanlarda 100 manatdan artıq artım olacaq", - deyə deputat əlavə edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026