14:49 - 3.10.2023
3 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda səfər sığortası üzrə 4,5 milyon manat sığorta haqqı toplanılıb.
ABC.AZ "Renkinq"ə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,2% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 24,1% azalaraq 0,2 milyon manat olub.