Əhalinin dərmanlara çəkdiyi xərclər 21,5 faiz artıb

17:12 - 13.10.2026


13 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 386,4 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 21,5 % çoxdur.

Ötən 9 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.