15:10 - 28.09.2023
28 sentyabr, Fineko/abc.az. “Meta” şirkətinin baş direktoru Mark Zukerberq şirkətin Kaliforniyadakı baş qərargahında keçirdiyi toplantıda yeni məhsulları ilə bağlı açıqlama verib.
ABC.AZ xəbər verir ki, toplantıda Zukerberq əsasən şirkətin "Messenger" tətbiqindəki yeniliklərə toxunub. Toplantıda “Messenger” tətbiqində istifadə edilə bilən yeni “Meta AI” adlı süni intellekt çatbotu təqdim edilib.
Zukerberq 2023-cü ili süni intellekt üçün uğurlu il adlandırıb və qeyd edib ki, süni intellekt çatbotları hələ də müəyyən məhdudiyyətlərlə işləyir.
Açıqlamadan sonra “Meta”, “Messenger” tətbiqində istifadə edilməsi planlaşdırılan “Meta AI” adlı süni intellekt çatbotunu təqdim edib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026