10:21 - 28.09.2023
28 sentyabr, Fineko/abc.az. “Bakı Sığorta” ASC-nin 2023-cü ilin yanvar-avqust ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət yanvar-avqust ayında 3.715 mln manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 551 min manat və ya 13% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 4.266 mln manat təşkil etmişdir.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8.925 milyon manatdır.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026