10:46 - 25.09.2023
25 sentyabr, Fineko/abc.az. “Xalq Sığorta” ASC-nin 2023-cü ilin yanvar-avqust ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.
Şirkət yanvar-avqust ayında 15.067 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 11.075 mln. manat və ya 42% azalma deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 26.142 mln.manat təşkil edirdi.
Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026