14:42 - 22.09.2023
22 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-avqust ayında Azərbaycanda sığorta yığımlarının həcmi 846 milyon 854 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29% çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd edilib ki, sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 345 milyon 796 min manat olub ki, bu da 22% artım deməkdir.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 654 milyon 918 min manat, sığorta ödənişlərinin həcmi isə 283 milyon 671 min manat olub.