Azərbaycan iqtiadiyyatına investisiya qoyuluşu 2027-ci ildə 16.9 milyard amanata çatacaq

14:56 - 21.09.2023


21 sentyabr, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda əsas kapitala olan investisiyalarda 7.7 faiz, ortamüddətli dövrdə isə orta illik 1.6 faiz artım olacağı proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin “2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında öz əksini tapıb.

Qeyd edilib ki, qarşıdakı dövr ərzində neft-qaz sektoru üzrə olan investisiyalarda azalma, digər sahələr üzrə isə artım müşahidə ediləcəkdir. Belə ki, digər sahələr üzrə investisiyalar 2023-cü ildə 13.4 milyard manat proqnozlaşdırıldığı halda, 2027-ci ildə 16.9 milyard manata yüksələcək.

“Gözlənilən müsbət iqtisadi meyillərlə yanaşı, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinin reallaşdırılması, işğaldan azad olunmuş regionların ölkə iqtisadiyyatına reinteqrasiyası və həmin regionların inkişafı ilə bağlı olan investisiya və yenidənqurma siyasəti çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bu göstəricilərin daha da yaxşılaşmasına şərait yaradacaq”- deyə, sənəddə bildirilir.