14:04 - 21.09.2023
21 sentyabr, Fineko/abc.az. 2023-cü ilin ilk 8 ayı ərzində Qazaxıstan və Rusiyadan Azərbaycana səfər edənlərin sayında artım müşahidə edilib.
Dövlət Turizm Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, 2023-cü ilin yanvar-avqust dövründə Qazaxıstandan 35 471 nəfər, Rusiyadan isə 426 177 nəfər Azərbaycana səfər edib.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 85% və 62% artım deməkdir.