Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi bu qədər artıb - Hesabat

14:52 - 8.09.2023


8 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı ticarət dövriyyəsinin həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalardan sonra məlum olub ki, iki ölkə arasında ticarət dövriyyəsi 58.5 milyon dollar təşkil edib.

Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.1% çoxdur.

Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 48.3 milyon dollara bərabər olub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın BƏƏ-yə ixracı illik müqayisədə 36.7% artaraq 38 milyon 180 min dollar, BƏƏ-nin Azərbaycana ixracı isə 0.8% artaraq 20 milyon 333 min dollar olub.

Müəllif: Elmir Murad