10:18 - 4.09.2023
4 sentyabr, Fineko/abc.az. Almaniyada əməkhaqqını olduğu kimi saxlamaq şərti ilə iş həftəsi dörd günə endiriləcək, əldə edilən nəticələr isə konsaltinq şirkəti “Intraprenör” və Münster Universitetinin alimləri tərəfindən qiymətləndirəcək.
Tədqiqatda müxtəlif sənaye sahələrini təmsil edən 50-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Sentyabrın 1-dən etibarən təşkilatlar eksperimentdə iştirak etmək üçün müraciət edə bilərlər. Fevralın 1-dən etibarən iştirakçı şirkətlər altı ay ərzində dördgünlük iş həftəsinə keçəcək, işçilərin maaşları isə dəyişməz qalacaq.
Pilot layihənin ilk nəticələri may ayında açıqlanacaq. Yekun hesabatın dərci oktyabr ayına planlaşdırılır.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026