11:31 - 29.08.2023
29 avqust, Fineko/abc.az. Azərbaycanda 1 iyul 2023-cü il tarixinə ən yüksək əmək haqqı 3,472 min manat (cari məzənnə ilə $2,042 min) emal sənayesində müşahidə olunur.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmçinin dövlət müəssisələrində bu sahədə orta əmək haqqı 2,165 min manat, özəl müəssisələrdə - 4,174 min manat təşkil edir.
Orta əmək haqqı səviyyısi üzrə ikinci yerdə maliyyə və sığorta sahələridir. Burada orta əmək haqqı 2,437 min manata bərabərdir. Həmçinin, dövlət sektorunda əmək haqqı özəl sektordan daha yüksəkdir – 2,362 min manata qarşı 2,74 min manat.
Həmçinin, yüksək əmək haqqı ilə TOP-3 sahələrə peşə, elmi və texniki fəaliyyət daxildir – orta əmək haqqı 1,551 min manat təşkil edir. Həmçinin, dövlət sektorunda bu sahədə orta əmək haqqı 1,024 min manata, özəl sektorda – 2,081 min manata bərabərdir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026