15:24 - 23.08.2023
23 avqust, Fineko/abc.az. Baş ofisi İstanbulda yerləşən Getir şirkəti 2500 nəfəri işdən çıxaracağını açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ciddi ixtisarlara gedən şirkət buna baxmayaraq, Türkiyə, İngiltərə, Almaniya, Hollandiya və ABŞ-da fəaliyyətini davam etdirəcək.
Xərclərini azaltmaq yolunu seçən şirkət buna səbəb kimi, Covid-19 pandemiyası zamanı sektora sərmayə yatıran investorların gəlirlilik üçün aydın bir yol tələb etmələridir.
2022-ci ilin mart ayında 11,8 milyard dollar dəyərində olan Getir-in geri çəkilmə qərarı şirkətin Fransa, İtaliya, Portuqaliya və İspaniya bölmələrini bu ilin əvvəlində bağladıqdan sonra verilib.
İxtisar ilə bağlı bəzi təfərrüatlar bazar ertəsi Insider tərəfindən yayımlanıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026