Sığorta şirkətləri 282 mln. 977 min manat sığorta ödənişləri həyata keçirib

16:03 - 18.08.2023


18 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycanın sığorta şirkətləri tərəfindən 761 milyon 801 min manat sığorta haqları hesablanıb, 282 milyon 977 min manat sığorta ödənişləri həyata keçirilib.

ABC.AZ  Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin eyni dövründə Azərbaycanın sığorta şirkətləri tərəfindən 580 milyon 501 min manat sığorta haqları hesablanmış, 241 milyon 128 min manat sığorta ödənişləri həyata keçirilmişdi. 

Beləliklə, 2023-cü ilin yanvar-iyul dövründə 2022-ci ilin yanvar-iyul dövrü ilə müqayisədə hesablanmış sığorta haqları 181 milyon 300 min manat və ya 31,2%, sığorta ödənişləri isə 41 milyon 849 min manat və ya 17,4% artıb.