“Xalq Həyat Sığorta” 4,7 mln. manat sığorta haqqı toplayıb 

12:20 - 17.08.2023


17 avqust, Fineko/abc.az.  Bu ilin yanvar-iyun aylarında “Xalq Həyat Sığorta” ASC 4,7 milyon manat sığorta haqqı toplayıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9% çoxdur.

ABC.AZ  “Renkinq”ə istinadla xəbər verir ki, son 1 ildə şirkətin sığorta ödənişi isə 6,7 dəfə artaraq 0,9 milyon manat olub.