"Xalq Sığorta”nın yığımları azalıb

10:36 - 17.08.2023


17 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında "Xalq Sığorta” ASC 12 milyon manat sığorta haqqı toplayıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5% azdır.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, son 1 ildə şirkətin sığorta ödənişi isə 2,1% azalaraq 11,9 milyon manat olub.