“Qala Sığorta”  39,3 mln. manat sığorta haqqı toplayıb 

15:04 - 16.08.2023


16 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında “Qala Sığorta” ASC 39,3 milyon manat sığorta haqqı toplayıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,8% çoxdur.  

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, son 1 ildə şirkətin sığorta ödənişi isə 63,9% artaraq 4,6 milyon manat olub.