14:41 - 11.08.2023
11 avqust, Fineko/abc.az. Cari ilin ilk 6 ayı ərzində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün təqribən 9 min sığorta müqaviləsi rəsmiləşdirilib və 5 milyon manata yaxın sığorta haqqı toplanıb.
ABC.AZ İcbari Sığorta Bürosuna istinadla xəbər verir ki, həmin sığorta müqavilələrinin təqribən 7 min ədədi Qazaxıstan, 2 min ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunub.
Beləliklə dövr ərzində və ilk dəfə sistem çərçivəsində Azərbaycan sığortaçıları 5 milyon manata yaxın sığorta xidmətini ixrac ediblər. Müvafiq dövrdə Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə 2500 manat sığorta ödənişi həyata keçirilib.