16:36 - 7.08.2023
7 avqust, Fineko/abc.az. Ukraynanın Rusiya neft tankerini pilotsuz uçan aparatla vurmasından sonra taxılın qiyməti bahalaşıb.
ABC.AZ xəbər verir ki, Ukraynanın pilotsuz su gəmisindən istifadə edərək Rusiya neft tankerini və Rusiya donanmasının gəmisini vurması ilə Qara dənizdə Rusiya mallarının əsas ixrac marşrutu təhlükə altında qaldı.
Baş verən hadisələrdən sonra taxılın qiymətində artım müşahidə olunub.
Əsas taxıl ixracatçısı olan Rusiya hazırda biçin mövsümünün ortasındadır və taxıl ixracının əhəmiyyətli hissəsini Qara dəniz vasitəsilə həyata keçirir. Bu, Qara dənizdəki gərginliyin taxılın bazara çıxarılmasına və qlobal ərzaq qiymətlərinin nəzarətdə saxlanmasına təsirini daha da kritik edir.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026