14:15 - 10.09.2026
10 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 10-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə tərəflər arasında uzunmüddətli səmərəli tərəfdaşlıq münasibətləri və birgə icra olunmuş layihələrin ölkənin sosial-iqtisadi inkişafına töhfəsi yüksək qiymətləndirilib.
Müzakirələr zamanı dayanıqlı şəhər inkişafı, yaşıl enerji, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, su təchizatı və su ehtiyatlarının idarə edilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqət mərkəzində olub.
Görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov da iştirak edib.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026