“Threads”in aktiv istifadəçiləri getdikcə azalır

10:35 - 24.07.2023


24 iyul, Fineko/abc.az. “Meta” şirkətinin yaratdığı “Threads” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı ardıcıl ikinci həftədir azalır.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, tətbiq iyulun 6-da istifadəyə verilib və aktiv istifadəçilərin sayı iyulun 7-də pik həddə çatıb. Lakin sonra azalmağa başlayıb və bu həftə demək olar ki, 70% azalaraq 13 milyon nəfərə düşüb.

Qeyd edək ki, “Twitter”in təxminən 200 milyon aktiv istifadəçisi var. “Meta” daha əvvəl “Threads”də istifadəçi aktivliyində azalma gözlədiyini, lakin bunun narahatlığa səbəb olmadığını bildirib. Şirkət proqramda əlavə funksiyaları işə salacağını, o cümlədən çoxsaylı hesablar üçün dəstək, yazıları redaktə etmək və lenti xronoloji ardıcıllıqla təşkil etmək kimi yeniliklərdən bəhs edib.