FAO-nun Azərbaycan bölməsinə yeni rəhbər təyin edilib

11:20 - 21.07.2023


21 iyul, Fineko/abc.az. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Nümayəndəliyinə yeni rəhbər təyin edib.

ABC.AZ xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Nümayəndəsi vəzifəsinə təyin edilən Nasar Hayat, FAO-nun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri qismində öz etimadnaməsini Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramova təqdim edib.

“FAO-nu Azərbaycan Respublikasında təmsil etmək mənim üçün bir şərəfdir”, - deyə Hayat qeyd edib.