10:48 - 20.07.2023
20 iyul, Fineko/abc.az. "Tesla" bu ilin ikinci rübü üzrə balans hesabatını açıqlayıb.
ABC.AZ xəbər verir ki, müvafiq olaraq, şirkətin gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 47% artaraq 24,9 milyard dollar təşkil edib. "Tesla" 2022-ci ilin ikinci rübündə 16,9 milyard dollar gəlir əldə etmişdi.
Elektrik avtomobil istehsalçısının xalis mənfəəti də ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 2,7 milyard dollara çatıb. Keçən ilin eyni dövründə "Tesla"nın xalis mənfəəti 2,3 milyard dollar olmuşdu.
Şirkətin səhmbaşına mənffəti 2022-ci ilin ikinci rübündəki 76 sentdən bu ilin eyni dövründə 91 sentə yüksəlib.
İlin birinci rübündə 19,3% olan "Tesla"nın ümumi mənfəət marjası, şirkətin qiymət endirimləri yolu ilə satışları artırmaq səyləri nəticəsində ilin ikinci rübündə 18,2 faizə düşüb.
Qeyd edək ki, "Tesla" 2023-cü ilin ikinci rübündə dünya üzrə 479 min 700 avtomobil istehsal etdiyi halda, 466 min 140 ədəd avtomobil tədarük edib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026