"Asan Xidmət"də 5 min əməkdaş çalışır

11:48 - 19.07.2023


19 İyul, Fineko/abc.az. "Bizim 5 minə yaxın əməkdaşımız var, onların yarısı "Asan Xidmət"in öz işçiləri, digər yarısı başqa qurumların bizim xidmətlərdəki işçiləridir".

ABC.AZ xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Milli Mətbuat günü ilə bağlı jurnalistlər üçün keçirilən təlimdə bildirib.

O qeyd edib ki, bunu "Asan Xidmət" artıq 17 ölkəyə ixrac olunur. "Bunlar Uqanda, Tanzaniya, Qırğızıstan və başqa ölkələrdir. Bu sadaladığım ölkələrin bir çoxunda xidmət tətbiq edilir, bəzilərində isə artıq proses başlayıb.

Onu da qeyd edim ki, BMT-nin İnsan Hüquqları komitəsində "Asan Xidmət"lə bağlı iki qətnamə qəbul edib. "Asan Xidmət" konsepsiyası korrupsiyaya qarşı mübarizədə, eyni zamanda  vətəndaşların dövlət qurumlarına əlçatanlığının təmin edilməsi baxımından çox faydalıdır".

Müəllif: Elmir Murad