10:02 - 18.07.2023
18 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı 4 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Məlumata görə, bununla bağlı qərar iyulun 12-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, 1 il ərzində lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb olmuş halın 3-cü dəfə təkrarlanması nəzərə alınaraq qəbul olunub.