11:58 - 17.07.2023
17 iyul, Fineko/abc.az. 2022-ci ildə Azərbaycan sığorta bazarı ümumdaxili məhsulun cəmi 0,7%-i həcmində olub.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.
O bildirib ki, bu, 2021-ci ilə nisbətən 0,2% azalma deməkdir. Avropa ölkələri üzrə sığorta sektorunun ÜDM-də payı 3,9% təşkil edib. Başqa sözlə, Azərbaycan sektorun inkişafı baxımından Avropa ölkələrindən 5 dəfədən çox geri qalır.
Zahid Oruc əlavə edib ki, hətta Gürcüstan sığorta sektorunun inkişafına görə Azərbaycandan öndədir: "2022-ci ildə Gürcüstanda sığorta bazarı ÜDM-in 1,27%-nə, Ermənistanda isə ÜDM-in 0,7%-nə bərabər olub".
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026