Rusiya hökuməti daha 2 xarici şirkətin aktivlərinə həbs qoyub

10:50 - 17.07.2023


17 iyul, Fineko/abc.az. Rusiya hökuməti Fransanın “Danone” və Danimarkanın “Carlsberg” pivə şirkətinin ölkədəki aktivlərinin idarə olunması üçün müvəkkil təyin edilib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, “Danone Russia” və “Carlsberg” şirkətlərinə məxsus “Baltika” şirkətlərinə qəyyumlar təyin edilib.

Fərmanla sözügedən şirkətlərin aktivləri müvəqqəti olaraq Rusiya Federal Əmlak İdarəetmə Agentliyi tərəfindən idarə olunacaq.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın “Uniper” və Finlandiyanın “Fortum” şirkətlərinin Rusiyadakı aktivlərinin idarə edilməsi müvəkkil təyin edilmişdi.