10:42 - 14.07.2023
14 iyul, Fineko/abc.az. Bu ilin iyul ayının 1-ə olan məlumata görə Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 247 min 430 nəfər olub.
ABC.AZ-ın məlumatına görə, onların 33,3 faizini qadınlar təşkil edib.
Sözügedən dövrdə işsiz statusu verilən şəxslərin sayı son 1 ay ərzində 2 min 708 nəfər azalıb.
İşsizliyə görə müavinətin orta məbləği isə 4 manat 90 qəpik artaraq 407,5 manat olub. Müavinat alanların sayı 109 nəfər artaraq 2 min 568 olub.
Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycanda işsiz kimi qeydiyyata alınan şəxslərin yalnız 1%-nə müavinət verilir.
Qeyd edək ki, işsiz kimi qeydə alınan şəxslərin 1/5-i - 49 min 800 nəfəri Bakı şəhərinin payına düşüb.
Bakı şəhərindən sonra ən çox işsiz Ağdam rayonunda qeydə alınıb – 10 min 749 nəfər.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026