Azərbaycanda şirkət ləğv edilir - Üzvləri işdən çıxarılır

10:27 - 13.07.2023


13 iyul, Fineko/abc.az. 20 avqust 2023-cü il saat 11.00-da “Qa­zanbulaq Mədəni Məişət” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı Goranboy rayonu, Qazanbulaq Şəhər Tipli Qəsəbədə, cə­miyyətin hüquqi ünvanında (Goranboy rayonu, Qazanbulaq ŞTQ) keçiriləcək.

ABC.AZ xəbər verir kİ, yığıncağın gündəliyinə 2022-ci ilin maliyyə-təsərrüfat fəaliyyə­tinin yekunlarına aid hesabatın müzakirəsi və təsdiqi, “Qazanbulaq Mədəni Məişət” ASC-nin ləğv edilməsi, “Qazanbulaq Mədəni Məişət” ASC-nin idarə heyəti sədrinin və üzvlərinin vəzifədən azad olunması və ləğvetmə komissiyasının (təs­viyyəçinin) təyin edilməsi, “Qazanbulaq Mədəni Məişət” ASC-nin ləğv edilməsi ilə əlaqədar qanuna müvafiq təd­birlərin həyata keçirilməsi haqqında qərarın qə­bul olunmas məsələləri daxildir.