VMF şirkətinin istiqrazlarının hərracı keçiriləcək

14:42 - 12.07.2023


12 iyul, Fineko/abc.az. İyulun 19-da "Bakı Fond Birjası" QSC-də (BFB) VMF şirkətinin 1 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13%-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.