14:18 - 12.07.2023
12 iyul, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qurumlarında vakant olan vəzifələr üzrə müsahibə elan edib.
DİM-dən ABC.AZ-a bildirilib ki, daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsidir.
Ümumilikdə isə Energetika Nazirliyində 2, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Hesablama Palatasında 1 və Diasporla İş üzrə Dövlət Komitəsində 1 vakant inzibati vəzifə daxili müsahibə elanına çıxarılıb.
Daxili müsahibədə müvafiq vəzifələrin tutulması şərtlərinə uyğun olan Azərbaycan vətəndaşları iştirak edə bilər.
4 Avqust 2026
4 Avqust 2026