“OceanGate” şirkəti bu səbəbdən fəaliyyətini dayandırdı

11:40 - 7.07.2023


7 iyul, Fineko/abc.az. “OceanGate” şirkəti "Titanik" gəmisi faciəsindən sonra bütün fəaliyyətini dayandırıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı məkumat şirkətin açıqlamasında qeyd edilib.

Belə ki, “OceanGate”in rəsmi saytında verilən açıqlamada bütün ekspedisiyaların və kommersiya fəaliyyətlərinin dayandırıldığı bildirilib.

Qeyd edək ki, iyunun 18-də Atlantik okeanında “Titanik” gəmisinin qalıqlarına turistik səfər təşkil edən “OceanGate” şirkətinə məxsus “Titan” sualtı qayığı partlayaraq batıb və 5 nəfər ölüb.

Müəllif: Elmir Murad