10:53 - 7.07.2023
7 iyul, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Komissiyası ABŞ-da yerləşən “Amazon”la bağlı rəqabət araşdırması başladıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya səbəb “Amazon”un robot tozsoran istehsalçısı “iRobot”u 1,7 milyard dollara almaq cəhdi ilə bağlıdır.
Belə ki, satın almanın “Amazon”a robot tozsoranlar bazarında rəqabəti məhdudlaşdırmağa və onlayn bazar provayderi kimi mövqeyini gücləndirməyə imkan verəcəyi ilə bağlı narahatlıqların olduğu bildirilir.
Bu mövzuda rəqabətlə bağlı narahatlıqların müəyyən edilməsi üçün araşdırma aparılacağına diqqət çəkilən açıqlamada, satınalma cəhdinin 1 iyun 2023-cü il tarixində Aİ Komissiyasına bildirildiyi və araşdırmanın 15 Noyabr tarixinə qədər tamamlanacağı ifadə edilib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026