15:47 - 3.07.2023
3 iyul, Fineko/abc.az. Lisenziyası ləğv edilən “Günay Sığorta” ASC İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkətlərinin siyahısından çıxarılıb.
Bu barədə ABC.AZ-a İSB-dən bildirilib. Qeyd edilib ki, bununla da, Büroda iştirakçı qeyri-həyat sığorta şirkətlərinin sayı 14-dən 13-ə, ümumi iştirakçılarının sayı isə 19-dan 18-ə enib.
Qeyd edək ki, səhmdarlarından biri olan "Günay Bank"ın mayın 16-dan lisenziyasının ləğv edilməsindən sonra "Günay Sığorta" fəaliyyətini dayandırmaq üçün Mərkəzi Banka könüllü müraciət edib. AMB-nin qərarı ilə iyunun 24-də sığorta şirkətinin fəaliyyətinə xitam verilib.
5 Avqust 2026
5 Avqust 2026