Sığorta haqlarının 82%-i 5 şirkətin payına düşür

16:23 - 24.06.2023


24 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanda toplanılmış 566,434 milyon manat sığorta haqqının 466,944 milyon manatı və yaxud 82,4%-i 5 sığorta şirkətinin payına düşüb.

ABC.AZ "Renkinq"-ə istinadla xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (247,765 milyon manat), "PAŞA Sığorta" (140,479 milyon manat), “Qala Sığorta” (37,325 milyon manat), “Atəşgah Həyat Sığorta” (27,498 milyon manat) və “Meqa Sığorta” (12,924 milyon manat) ASC-lərdir.

5 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Naxçıvan Sığorta” (1,281 milyon manat), “İpək Yolu Sığorta” (1,408 milyon manat), "Meqa Həyat Sığorta" (1,624 milyon manat), “Bakı Sığorta” (2,461 milyon manat) və “Xalq Həyat Sığorta” (3,886 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 10,66 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1,9%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 88,83 milyon manat (15,7%) təşkil edib.