Cari ildə ən çox sığorta ödənişləri edən şirkətlər

14:53 - 24.06.2023


24 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanda həyata keçirilmiş 174,436 milyon manat sığorta ödənişinin 140,964 milyon manatı və yaxud 80,8%-i 5 sığorta şirkətinin payına düşüb.

ABC.AZ "Renkinq"-ə istinadla xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (82,625 milyon manat), “PAŞA Sığorta” (30,940 milyon manat), “Atəşgah Həyat Sığorta” (10,233 milyon manat), “Xalq Sığorta” (9,874 milyon manat) və “Atəşgah Sığorta” (7,292 milyon manat) ASC-lərdir.

5 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (3 min manat), “İpək Yolu Sığorta” (79 min manat), “Naxçıvan Sığorta” (345 min manat), “Xalq Həyat Sığorta” (898 min manat) və “Qala Həyat Sığorta” (1,039 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 2,364 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 1,4%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 31,108 milyon manat (17,8%) təşkil edib.