“Ford Motor” şirkəti daha bir ixtisara başlamağa hazırlaşır

11:12 - 24.06.2023


24 iyun, Fineko/abc.az. ABŞ-ın “Ford Motor” şirkəti yaxın həftələrdə daha bir ixtisar mərhələsinə başlamağa hazırlaşır.

ABC.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat dərc edib. Sözügedən nəşrin yazdığına görə, ixtisarlar gələn həftənin əvvəlindən başlaya bilər və hazırda buna hazırlıq gedir. 

Ekspertlər hesab edir ki, bu ilk növbədə ABŞ-dan maaş alan işçilərə təsir edəcək. Hələlik, işdən çıxarılması planlaşdırılan işçilərin sayı barədə məlumat verilmir.

Müəllif: Elmir Murad